Nailiyyətlərimiz

"Xocalı soyqırımını unutma" mövzusunda rəsm müsabiqəsiAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 107 nömrəli tam orta məktəbdə 26 fevral Xocalı soyqırımının XXVIII ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma" mövzusunda rəsm müsabiqəsi keçirildi. Müsabiqədə məktəbin 8b sinif şagirdi Xuraman Məmmədova II yer tutduğuna görə Diplomla təltif edildi.

2b sinif şagirdi Məmmədli RamalAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Uşu Federasiyası. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş Uşu – sanda idman növü Respublika Turnirində 21 kq çəki dərəcəsində II yer tutduğuna görə 2b sinif şagirdi Məmmədli Ramal Diplomla təltif edilib.

"DOSTLUQ KÖRPÜSÜ" ADLI LAYİHƏSabunçu rayonu 75,142,155,198 və 209 saylı tam orta məktəblər arasında "Dostluq körpüsü" adlı layihənin icrasına start verilib. 142 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsinin 30 cu ildönümünə həsr olunmuş " 20 Yanvar - Azərbaycan xalqının şanlı qəhrəmanlıq səhifəsi " mövzusunda 5-ci siniflər arasında yarış keçirildi. 155 nömrəli tam orta məktəb-1-ci yerə. 198 nömrəli tam orta məktəb- 2-ci yerə. 75 nömrəli tam orta məktəb-3 -cü yerə layiq görüldülər. 209 və 142 saylı məktəblər fərqləndirici mükafat aldılar.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Aybəniz Gözəlova Sərdar

Nuranə Qasımova Niftalı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi