Məktəbin kitabxanasında "Zəfərin mübarək Azərbaycan" adlı tədbir keçirildi
7 noyabr 2024-cü il tarixində məktəbin kitabxanasında 8 noyabr-Zəfər Günü münasibətilə kitabxana müdiri Kifayət Cəfərova və kitabxanaçı Kifayət Həsənovanın təşkilatçılığı ilə "Zəfərin mübarək Azərbaycan" adlı tədbir keçirildi.
Tədbir Azətbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın ruhunu ehtiramla yad etməklə başladı.
Məktəb rəhbərliyinin bu ali gün münasibətilə tədbir iştirakçılarını təbrikindən sonra 6c sinif şagirdlərin ifasında şeirlər və musiqilər səsləndi.
Tədbirdə direktor vəzifəsini müvəqqəti icra edən Məhluqə Bayramova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Hüseynova iştirak etdilər.
#məktəb155 #fəalməktəb #virtualməktəb #ZəfərGünü #8Noyabr #şəhidlərimizəehtiramla