MƏKTƏBDƏ ZƏFƏR BAYRAMI QEYD OLUNUR
7 noyabr 2024-cü il tarixində məktəbdə tariximizin qürur səhifəsi olan 8 noyabr Zəfər Günü münasibəti ilə "Zəfər bayramımız mübarək" adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Şəhidlərimizin xatirəsi sükutla yad edildi.
Məktəb rəhbərliyi və müəllimlər tədbir iştirakçılarını salamlayaraq 8 noyabr-Zəfər günü haqqında məlumat verərək bildirdilər ki, bu yolda qazanılan uğurlar dövlət rəhbərimizin güclü siyasətinin, xalqımızın birliyinin və igid oğullarımızın qəhrəmanlığının nəticəsidir. İşğaldan azad olunmuş torpaqlarımız, müstəqil dövlətimiz və çiçəklənən Azərbaycanımız gələcək nəsillərə əmanətdir. Onlar bu əmanəti qorumalı, bu yolda canlarını fəda etmiş qəhrəmanlarımıza layiq övladlar kimi yetişməli, Vətəni sevib, hər zaman uca tutmalıdırlar.
#məktəb155 #fəalməktəb #BakıTəhsilİdarəsi #MÜTDA #BakıŞəhəriüzrəTəhsilİdarəsi #ZəfərGünü #8Noyabr #şəhidlərimizəehtiramla #şəhidlərölməz #Qəhrəmanlarımızıunutmayaq