"Ana dilim-məmləkətim" adlı ədəbi-bədii kompozisiya keçirildi

21 fevral 2024-cü il tarixində məktəbin kitabxana müdiri Kifayət Cəfərova və kitabxanaçı Kifayət Həsənovanın təşkilatçılığı ilə məktəbin kitabxanasında 8a sinif şagirdlərinin iştirakı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə "Ana dilim-məmləkətim" adlı ədəbi-bədii kompozisiya keçirildi.

Tədbirdə çıxış edən şagirdlər Ana dilimizin zənginliyi, müqəddəsliyi və dilimizin qorunmasının vacibliyi haqqında fikirlər bildirdilər, Ana dilimiz haqqında şairlərin qələmə aldıqları şeirlər söylədilər.

Tədbirdə sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Hüseynova , UBR Arzu Məmmədova və psixoloq Şəbnəm Əsgərova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi