"Sabunçu-2" kurasiyası üzrə məktəblərdə Monitorinq-3 keçirilib
19 fevral 2024-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına əsasən "Sabunçu - 2" kurasiyasına daxil olan məktəblərdə VIll və IX siniflər üzrə monitorinq keçirilib.
Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.
Təhsilin keyfiyyətinə nəzarət sektorunun təqdim etdiyi test sualları üzrə monitorinq Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılıb.