"Susma, səsini eşitdir!" lahiyəsi

29.11.2023-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 311 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində Sabunçu qəsəbəsində yerləşən 155, 215, 311, 170, 67 və 148 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

Çıxış edən məktəblilər məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları və onların fəsadları mövzuları ətrafında hazırladıqları səhnəcikləri nümayiş etdirdilər.

Layihə çərçivəsində hər ay Sabunçu rayonunun bir qəsəbəsi üzrə fəaliyyət göstərən tam orta məktəblərdə aylığın keçirilməsi və insan hüquqları, məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma, bullinq və s. bu kimi mövzularda maarifləndirmə işinin gücləndirilməsi nəzərdə tutulmuşdur.

Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, UBR Arzu Məmmədova, psixoloq Şəbnəm Əsgərova və şagirdlər iştirak etdilər.

Məktəbin direktoru Ruhiyyə İbrahimova "Susma, səsini eşitdir!" lahiyəsi çərçivəsində göstərdiyi səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi