8-ci sinif şagirdləri ilə yeniyetməlik yaş dövrünün xüsusiyyətləri haqqında maarifləndirici söhbət

Məktəbin psixoloqu Şəbnəm Əsgərova 8-ci sinif şagirdləri ilə yeniyetməlik yaş dövrünün xüsusiyyətləri haqqında maarifləndirici söhbət apardı.
Psixoloq şagirdlərə yeniyetməlik yaşı böhranı, bu yaş dövründə müşahidə olunan anatomik - fizioloji, psixi xüsusiyyətlər, yeniyetmələrin davranışında nəzərə çarpan dəyişikliklər barədə məlumat verdi.