Məntiq dərnəyi fəaliyyətini davam etdirir

Məktəbdə 10-12 yaş (5, 6, 7 siniflər) qrupunu əhatə edən Məntiq dərnəyi fəaliyyətini davam etdirir.

Dərnəyin məqsədi hərtərəfli riyazi-məntiqi təfəkkürə malik gənc nəslin formalaşdırılmasıdır. Şagirdlər hər dərsdə öyrəndikləri nəzəri materiallar əsasında onları tətbiq edərək problemləri müəyyənləşdirməyi, analiz və sintez etməyi, həll etməyi, unikal həllər tapmağı öyrənirlər. Növbəti məqsəd öyrəndikləri proqram əsasında bilik yarışlarında, olimpiadalarda, fənn müsabiqələrində iştirak edərək uğurlar qazanmaqdır.

Dərnəyin vəzifələri:

• Proqram vasitəsilə uşaqları analitik, dəqiq, problemli situasiyaya uyğun həll yolları tapmağa təşviq etmək;

• Həmçinin uşaqlarda sərbəst düşünmək, tətbiq etmək, fikir yürütmək, müqayisə, kollektiv fəaliyyət və s. keyfiyyətlərlə yanaşı onların Riyazi-məntiqi qabiliyyətlərini inkişaf etdirmək;

• Uşaqların diqqətini gücləndirmək, məntiqi təfəkkürü, problem həlletmə bacarığı və özünəinamı inkişaf etdirmək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi