Keyfiyyət Monitorinqi üzrə Metodbirləşmə iclası keçirilib

154 nömrəli tam orta məktəbdə ümumtəhsil müəssisələrində keyfiyyət monitorinqi mövzusunda metodbirləşmə iclası keçirilib.
İclasın əsas məqsədi tədris prosesinin səmərəliliyini artırmaq, davamlı qiymətləndirmə mexanizmlərinin tətbiqini gücləndirmək, məktəbin inkişaf planı çərçivəsində görülən işləri dəyərləndirmək və müəyyən edilmiş hədəflər üzrə fəaliyyətləri müzakirə etmək olub.
Müzakirələr zamanı təhsil keyfiyyətinin artırılması üçün tətbiq edilən yeni yanaşmalar, obyektiv qiymətləndirmə meyarlarının rolu və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində atılan addımlar vurğulanıb. Qeyd edilib ki, məktəbin inkişaf planı çərçivəsində həyata keçirilən monitorinq prosesi sistemli şəkildə aparılır və əldə edilən nəticələr tədris keyfiyyətinin daha da yaxşılaşdırılmasına yönəldilir.
İştirakçılar müəyyən edilmiş hədəflərə çatmaq üçün atılacaq addımları müzakirə edərək, keyfiyyət monitorinqinin təhsil prosesinə təsiri və davamlı təkmilləşdirmə strategiyaları barədə fikir mübadiləsi aparıblar. Sonda monitorinq nəticələrinin təhlili əsasında gələcək fəaliyyətlərin icrası üçün konkret təkliflər səsləndirilib.