"İdman Həftəsi" çərçivəsində sağlam qidalanma mövzusunda dərs

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, şagirdlərin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği və idman kütləviliyinin genişləndirilməsi məqsədilə məktəbimizdə "İdman Həftəsi" təşkil edilir.
Bu həftə çərçivəsində biologiya müəllimi Kifayət Qasımova 8a sinfində "Sağlam qidalanma" mövzusunda dərs keçmişdir. Dərs zamanı şagirdlər sağlam qidalanmanın insan orqanizminə təsiri, düzgün qidalanma vərdişləri və balanslı rasionun əhəmiyyəti barədə məlumatlandırılmışdır.
Dərsin interaktivliyini artırmaq və şagirdlərin mövzunu daha yaxşı mənimsəməsini təmin etmək məqsədilə Kahoot proqramı vasitəsilə bilik yarışı təşkil edilmişdir. Şagirdlər sağlam qidalanma ilə bağlı sualları cavablandıraraq biliklərini sınamış və mövzu üzrə yeni məlumatlar əldə etmişlər.
Məktəbimizdə şagirdlərin sağlam həyat tərzinə marağını artırmaq üçün bu kimi tədbirlər mütəmadi olaraq təşkil olunur.