HAQQIMIZDA

Əsası 1936-ci ildə qoyulmuş milli qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli tam orta məktəbin məqsədi – milli ruhda nümunəvi tərbiyə və təhsil sistemi yaratmaqdır. Məktəb 3 korpusdan ibarətdir, 960 şagird yerlikdir. 34 sinifdə  (iki sinif fərdi təhsil sinfi) 908 şagird təhsil alır  və onların tərbiyəsi ilə 49 müəllim məşğul olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ilində əsaslı təmir olunmuş  məktəbin yeni binasının açılışında iştirak edib.
Məktəbdə müasir təlabata tam uyğun olan sinif otaqları, fənn kabinetləri, idman zalı, stadion, akt zalı, tibb otağı və yeməkxana şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə uşaqların tərbiyəsi ilə pedaqoqlarla yanaşı, psixoloq da məşğul olur. Onların sağlamlığına həkim nəzarət edir. Məktəbəqədər və məktəb təhsili proqramlarında məntiqi bağlılıq və varislik gözlənilir. Məktəb şagirdlər üçün sağlam həyat tərzi və iş intizamı olan rahat, doğma və təhlükəsiz bir evdir. Məktəbin əsas üstünlüklərindən biri də burada yüksək ixtisaslı müəllimlərdən ibarət pedaqoji kollektivin olmasıdır. Bizim məktəb milli təhsil ənənələri ilə müasir təlim texnologiyalarını birləşdirir. Dərslər həm ənənəvi formada, həm də mühazirə, diskussiya, laborator məşğələlər, tədqiqatlar, inkişafetdirici oyunlar, ekskursiyalar şəklində aparılır. Günün ikinci yarısında uşaqlar müxtəlif dərnəklərdə: rəqs, idman, musiqi və s. iştirak edirlər. Tez-tez Bakının görməli və maraqlı yerlərinə (zooparka, botanika bağına, muzeylərə,teatrlara və s.) tanışlıq ekskursiyaları təşkil olunur. Məktəbdə mehriban, həmrəy şagird kollektivi vardır. Bu mehribanlıq, səmimi münasibət məzunlarla da əlaqəmizi möhkəmləndirir. Hər il bizim məktəbimizə yeni-yeni şagirdlər qəbul edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi