Fırçaların Dilində İdman

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, məktəbdə şagirdlərin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşdirilməsi məqsədilə "İdman Həftəsi" təşkil edilib.

Bu çərçivədə məktəbin müəllimi Raziyə Abdullayeva dərnək məşğələsini “İdman və sağlam həyat tərzi” mövzusuna həsr edib. Dərnək məşğələsi zamanı şagirdlər mövzu ilə bağlı öz fikirlərini rəsmlərlə ifadə edərək, idmanın insan sağlamlığına təsiri, sağlam həyat tərzinin vacibliyi və müxtəlif idman növləri haqqında düşüncələrini yaradıcı şəkildə təqdim ediblər.

Məşğələ şagirdlərin həm yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, həm də sağlam həyat tərzinə marağını artırmaq məqsədi daşıyıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi