Xocalı muzeyinə ekskursiya

154 nömrəli tam orta məktəbin tarix müəllimi Vəfa İbrahimova 5a sinif şagirdləri ilə birlikdə Xocalı muzeyinə ekskursiya ediblər. Ekskursiyanın məqsədi şagirdlərə Vətən tarixini öyrətmək, onların milli dəyərlərə bağlılığını artırmaq və keçmişi daha yaxşı dərk etmələrinə dəstək olmaq olub.
Muzeydə şagirdlər Xocalı şəhəri, onun keçmişi və orada baş verən hadisələrlə bağlı məlumatlar əldə ediblər. Onlara Xocalı sakinlərinin həyat tərzi, mədəniyyəti və bu şəhərin Azərbaycanın tarixindəki rolu haqqında danışılıb. Şagirdlər eksponatlarla tanış olub, həmin dövrə aid foto və materialları izləyiblər.
Ekskursiya zamanı tarix müəllimi Vəfa İbrahimova Xocalı hadisələrinin xalqımızın yaddaşında əbədi qaldığını vurğulayaraq, bu cür tarixi məqamların gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib. Şagirdlər ekskursiya boyu tariximizlə bağlı suallar verərək yeni biliklər əldə ediblər.