Mütaliənin faydaları

16 oktyabr 2024-cü il tarixində məktəb kitabxanasında, sinif təşkilat saatı çərçivəsində, "Mütaliənin faydaları" mövzusunda maarifləndirici görüş keçirilmişdir. Görüşdə VII və VIII sinif şagirdləri iştirak etmişlər. Kitabxanaçı Nailə Əliyeva şagirdləri kitabxanaya yeni daxil olan nəşrlərlə tanış etmiş və onları mütaliəyə təşviq etmişdir. Daha sonra, Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Qarayeva mütaliənin insanın intellektual inkişafına, dünyagörüşünün genişlənməsinə və təfəkkürünün formalaşmasına göstərdiyi müsbət təsirlər barədə ətraflı məlumat vermişdir.

 

Görüşün davamında şagirdlər oxuduqları əsərlər haqqında öz təəssüratlarını və həmin əsərlərin onların düşüncəsinə olan təsirini yoldaşları ilə bölüşmüşlər. Onların ədəbiyyata olan marağı, mütaliəyə həvəsləri və fikirlərini sərbəst ifadə etmələri görüşün ən maraqlı məqamlarından biri olmuşdur.

 

Bu görüş şagirdlərə mütaliənin şəxsi inkişafda oynadığı önəmli rolu bir daha xatırlatmış və onları daha çox kitab oxumağa ruhlandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi