“Beynəlxalq Ailə Günü”nə həsr edilmiş Bilik yarışı

15 may tarixində məktəbin VIII və IX sinif şagirdlərindən ibarət üç komanda arasında “Beynəlxalq Ailə Günü”nə həsr edilmiş Bilik yarışı keçirildi. Yarış şagidlərin akademik bilikləri və dünya görüşlərini sınamaq məqsədi ilə təşkil edilmişdi. Üç turdan ibarət yarışın hər turunda şagirdlərə 4 sual təqdim edildi. Ən çox bal toplayan “Mütəxəssislər” komandası yarışın qalibi elan edildi. Sonda şagirdlər Fəxri fərmanla təltif olundular.