Can Xocalı

26 fevral – Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar olaraq, məktəbin ibtidai sinif müəllimi Əliyeva Sevil  və 4a sinf şagirləri tərəfindən “Can Xocalı” adlı anım tədbir və məktəbin kitabxana müdiri Əliyeva Nailə və 5a sinif şagirdləri tərəfindən Xocalı faciəsinə həsr edilmiş dəyirmi masa keçirildi.

İlk öncə faciə qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olundu.

“Can Xocalı” adlı anım tədbirində şagirdlər tərəfindən hazırlanmış Xocalı faciəsindən bəhs edən videoçarx, səhnəcik və çıxışlar nümayiş olundu.

Əliyeva Nailə Xocalı faciəsinə həsr edilmiş dəyirmi masanın şagirdlərə onlarda doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət etdiyini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi