31 mart- Azərbaycanlıların soyqırımı günü

Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı müsibətlərlə dolu səhifələr də yazılmışdır. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində xəyali “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bunlardan ən dəhşətlisi də 1918-ci ilin mart-aprel aylarında törədilmişdir.

1918-ci ilin martında Azərbaycanda baş verən qanlı hadisələr XX yüzillikdə dünya tarixinin ən faciəvi, unudulmaz səhifələrindəndir.

1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycalıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və “31 mart- Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.Erməni bolşevik dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalamışdır.

Bu gün 154 nömrəli tam orta məktəbin tarix müəllimi Mələk Məmmədova 8a sinfində “31 mart- Azərbaycanlıların soyqırımı günü” ilə bağlı şagirdlərlə söhbət aparmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi