Şəhidlər unudulmur

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır. Helikopterin qəzaya uğraması nəticəsində iki polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həlak olmuşdur.
Şəhid olan hərbiçilərimiz kapitan Əliyev Xəyyam Əlixan oğlunun məzun olduğu 154 saylı tam orta məktəbdə bu gün anım mərasimi keçirilib. İlk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Daha sonra Xəyyam Əliyev haqqında məktəbimizin müəllimi Taisa Şahlamazova öz xatirələrini bölüşdü, 2b sinif şagirdlərinin çıxışları izlənildi.