152 nömrəli məktəb bağça kompleksi şagirdləri üçün Laq ba-Omer bayramı keçirildi.

Bu gün “152 nömrəli” məktəb bağça  kompleksi şagirdləri üçün parlaq və maarifləndirici bir bayramdı. Nuru və mənəvi gücü təcəssüm etdirən əlamətdar bir gün olan Laq ba-Omer bayramı keçirildi.

Tədbir məktəbin direktoru Şayev Z.Ş.-nin çıxışı ilə açıldı. O, bu bayramın əhəmiyyətini vurğuladı və iştirak edən hər kəsi təbrik etdi. Şagirdlər bayrama həsr olunmuş intellektual və əyləncəli viktorinada iştirak etdilər. Qalib komandaları isə xüsusi mükafatlar gözləyirdi.

Məktəbin həyətində Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal bayramın əsas rəmzlərindən biri olan böyük tonqal qaladı.

Yaxşı əhval-ruhiyyə ilə şagirdlər mahnılar oxuya-oxuya park istiqamətində yürüş etdilər. Parkda məktəb kompleksi şagirdlərini əyləncəli vaxt, attraksionlar, oyunlar və piknik gözləyirdi!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi