HAQQIMIZDA

Təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən "Xabad-Or-Avner" məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.  

Qeyd edək ki, Bakı şəhərində yaşayan yəhudi uşaqlar üçün açılmış "Xabad-Or-Avner" məktəbi 2003-cü ildən fəaliyyət göstərir.

Məktəb Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin razılığı və dəstəyi ilə açılıb.

Məktəbdə digər fənlərlə yanaşı, "Yəhudi mədəniyyətinin əsasları", “Yəhudi xalqının tarixi”  öyrədilir və ikinci xarici dil kimi ivrit dili (ibri dili) tədris edilir.

2010-cu ildə "Xabad-Or-Avner” məktəbi üçün Heydər Əliyev Fondu və "Or-Avner” Beynəlxalq Fondu tərəfindən yeni bina inşa edilib. Yeni binanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev iştirak ediblər.  

Müasir tələblərə uyğun inşa edilmiş məktəb Bakı şəhəri Xətai rayonunda 1,5 hektar torpaq sahəsində tikilmiş üçmərtəbəli kompleksdən ibarətdir.  

Məktəbdə müvafiq tələblərə cavab verən yeməkxana, idman zalı, idman meydançası, fənn kabinetləri, kompüter otaqları fəaliyyət göstərir və tədris ocağı müasir avadanlıqlarla təchiz edilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi