152 nömrəli məktəb-bağça kompleksinin şagirdləri üçün ekskursiyalar təşkil olunub.

24 və 25 aprel tarixlərində 152 nömrəli məktəb-kompleksin şagirdləri unudulmaz ekskursiyalara qatıldılar. 1–6-cı sinif şagirdləri əvvəlcə qədim dövrlərin sehrli atmosferini yaşamaq üçün tarixi-etnoqrafik "Qala" muzey-qoruğunu ziyarət etdilər. Burada onlar tariximizin izlərini daşıyan nadir eksponatlarla tanış oldular, maraqlı ustad dərslərində öz bacarıqlarını sınadılar. Səyahət bununla bitmədi — şagirdlər daha sonra Bakı Zooloji Parkına üz tutaraq, müxtəlif heyvan növlərini canlı şəkildə görmək və onlar haqqında maraqlı məlumatlar əldə etmək imkanı qazandılar. Bu iki gün şagirdlər üçün həm əyləncəli, həm də maarifləndirici bir macəraya çevrildi!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi