- Zəkay Şayev Şaban
- Vəzifə: Direktor
- Fənn: —
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti)
- Təvəllüd: 26.02.1956
- İlk fəaliyyət ili: 28.03.1978
- E-mail: shayevzakay56@gmail
Şayev Zəkay Şaban oğlu 1956-ci ildə Bakı şəhərində anadan olub.
1973-cü ildə Bakı şəhəri 175 nömrəli tam orta məktəbi bitirərək, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Mexanika fakültəsinə qəbul olunub. 1978-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək, Təhsil Nazirliyinin təyinatı ilə gənc mütəxəssis kimi Azərbaycan Politexnik İnstitutunun Nəzəri mexanika kafedrasına Baş laborant vəzifəsində çalışıb.
1979-1981-ci illərdə İnstitutun Tələbə Həmkarlar Komitəsinin sədri olub.
1980-1986-ci illərdə Nəzəri mexanika kafedrasında assistent, 1986-1994-cü illərdə baş muəllim, 1994-2020-ci illərdə dosent vəzifəsində işləyib.
1989-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin Avtomexanika fakültəsinin Tədris işləri üzrə dekan müavini vəzifəsində işləyib.
2011-2019-cu illərdə Universitetin Tədris hissəsinin müdiri vəzifəsində işləyib.
2019-2020-ci illərdə Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəsində çalışıb.
2003-2006-cı illərdə “Xabad Or-Avner” tədris kompleksinin nəzdində fəaliyyət göstərən orta ümumi təhsil məktəbinin direktoru vəzifəsində işləyib.
2020-ci ildən 152 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır.
N.E.Bauman adına Moskva Ali Texniki Universitetində mexanikanın müxtəlif bölmələri üzrə dörd aylıq ixtisasartırma kurslarında (1984 və 1988-ci illər) iştirak edib.
2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda “Nəzəri mexanika” üzrə ixtisasartırma kurslarını bitirib.
1988-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək Texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1998-ci ildən dosent elmi adını alıb.
46 elmi məqalənin, o cümlədən 1 dərs vəsaitin, 2 metodiki vəsaitin və 5 metodik göstərişin müəllifidir.
2011-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.