"Dəyərlərimiz – sərvətimiz, gələcəyimizdir" layihəsinin fəal iştirakçısı olduq

    “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin Təhsil Nazirliyinin dəstəyi və TİKA ilə birgə həyata keçirdiyi “Dəyərlərimiz – sərvətimiz, gələcəyimizdir” layihəsi çərçivəsində keçirilən məktəblərarası müsabiqə başa çatıb. 
    Aprelin 16-sı qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
    Tədbirdə Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan ümumtəhsil məktəb və liseyləri də iştirak ediblər.
    Layihə çərçivəsində keçirilən təqdimatlara Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan 80 ümumtəhsil məktəbindən 5714 şagird qatılmışdır. 
    Şagirdlər ”Milli mənəvi dəyərlərə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazı” mövzusunda “Ən yaxşı hekayə” və “Ən yaxşı videoçarx” nominasiyaları uğrunda yarışıblar.
    “Pətək” İB-nin sədri Sevinc Əsgərova bildirib ki, məqsəd yetişməkdə olan nəslin milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli inkişaf etmiş, əxlaqlı bir şəxsiyyət kimi yetişməsində cəmiyyətə dəstək olmaqdır: "Məktəblilərin asudə vaxtlarını faydalı axtarışlara yönəltməyi, milli-mənəvi dəyərlərimizi öyrənmələrini, bunu yaşam və davranışlarında tətbiq etmələrini istəyirdik".

    Keçirilən müsabiqəyə məktəbin VI-VIII sinif şagirdləri Rəsul Məmmədov, Tural Həsənov, Murad Qasımov, Səid Yusubov qoşulmuşdur. Onlar “Dəyərlərimiz – sərvətimiz, gələcəyimizdir” layihəsi çərçivəsində keçirilən məktəblərarası müsabiqədə fəal iştirak edərək təşəkkürnamə və hədiyyələrə layiq görülüblər.

    Müsabiqənin münsiflər heyətində yazıçı dramaturq Əli Əmirli, xalq artisti Həmidə Ömərova, əməkdar artist Fərqanə Qasımova, təhsil eksperti Şahlar Əsgərov, "Dimet" klinikasının baş həkimi Səfərbəy Səfərbəyov və "Herba Flora" şirkətinin rəhbəri Fizuli Hüseynov iştirak ediblər.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi