Muğamlarımızı necə bilirik ?

    Azərbaycanın zəngin musiqi sənəti  çoxəsrlik inkişaf tarixinə malikdir.

 Muğam  mürəkkəb, müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrıdır. Müasir dövrdə muğam sənəti  dünya musiqi incisi kimi öz  təsdiqini  tapmışdır.

    Aprelin 2-də məktəbdə “Muğamlarımızı necə bilirik?” adlı dəyirmi masa keçirildi. Məktəbin musiqi müəllimi Minirə Sadıqova  muğamların növləri, tərkib hissələri haqqında geniş məlumat verdi.O, muğamlardan müxtəlif  parçalar ifa edərək qeyd etdi ki, ecazkar muğam melodiyalarını ifa etdikcə, dinlədikcə insan sanki saflaşır, qürur hissi keçirir.

    Bu mədəni irsi, mədəniyyəti yaşatmaq  və təbliğ etmək hər birimizin mənəvi borcudur.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi