Azərbaycanın flora və faunasının qorunması

    Martın 28-də “Azərbaycanın flora və faunasının qorunması” adlı dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin “Yaşıl planet” eko-qrupunun üzvləri fəal iştirak etdilər. Onlar bizi enerji mənbəyi ilə təmin edən meşələrdən, müxtəlif növ bitki örtüyü ilə zəngin olan çəmənliklərin sıradan çıxmasından, nadir bitki, heyvan növlərinin nəslinin kəsilməsindən və digər ekoloji problemlərdən danışdılar. Biologiya müəllimi Salehə Məmmədova su hövzələrinin çirklənməsindən, biomüxtəlifliyin azalmasından, atmosfer havasında zərərli qazların artıq olmasından danışaraq geniş məlumat verdi.

    Sonra qrupun üzvləri məktəbyanı sahədə olan ağac növləri və onların xüsusiyyətləri ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi