Kitabxanada poeziya tədbiri keçirildi
Məktəbin dil-ədəbiyyat müəllimi Babanlı Xuraman 6”A” sinfində “Azərbaycan dilinin zəngin ifadə vasitələri, poeziya, nəsr və elmi dil olması, təkmil ədəbi dil səviyyəsinə yüksəlməsi” mövzusunda tədbir keçirdi. Tədbir zamanı şagirdlərə dilimizin zənginliyi, dövlət dili olması, zəngin elmi və bədii ədəbiyyatın dili kimi istifadə edilməsi haqqında ətraflı məlumatlar verdi.
Şagirdlər dil haqqında gözəl şeirlər, hikmətli sözlər söylədilər. Müəllim şagirdlərin suallarını cavablandırdı və Azərbaycan dilinin gözəlliyi, dünya dilləri arasında nüfuzu haqqında əlavə məlumatlar verdi.