“Bacarıqlı əllər” müsabiqəsi

23.02.2016-cı il tarixdə 151 №-li tam orta məktəbdə V-VII sinif qızları arasında “Bacarıqlı əllər” adlı müsabiqə keçirildi. Müsabiqə məktəbin texnologiya müəllimi Zakirə Əhmədovanın rəhbərliyi ilə təşkil olundu. Müsabiqə dörd nominasiyadan ibarət idi: 1) Süfrə açmaq; 2) Parça üzərində düymə tikmək; 3) Çörəyin və meyvənin doğranması və 4) Müxtəlif salatların hazırlanması. Nominasiyalar üzrə şagirdlərin əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirildi. Yekun qərara əsasən, aşağıdakı siniflər qabiliyyətlərinə görə I və II dərəcəli diplomlara layiq görüldülər: I yer - 5c, 6a, 6b, 7a, 7b və 8b; II yer - 5a, 8a. Tədbirin keçirilməsində məqsəd qızların texnologiya dərslərində aldıqları nəzəri biliklərin praktikada tətbiq etmək bacarığını nümayiş etdirmək idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi