"Xocalı harayı"adlı ədəbi-bədii kompozisiya təşkil edildi

           Fevralın 25-də  Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma vətənə sevgi aşılamaq, onlar arasında milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə 8”A” və 3”B” sinifləri iştirak etdilər.Tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımına aid şeirlər, mahnılar, bayatılar səsləndirildi.

            Şagirdlər “Xocalıya ədalət ! ” şüarı ilə bir daha düşmənlərə qarşı öz etirazlarını bildirdilər.

            Sonda şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil edildi.

            Tədbirdən sonra bir qrup şagird və müəllim kollektivi Xocalı soyqırımında həlak olmuş insanların əbədi xatirəsini yad etmək məqsədilə “Ana fəryadı” abidəsini ziyarət etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi