Azərbaycan gəncləri narkotiklərə yox deyir

151 nömrəli tam orta məktəbdə uşaq və gənclərin asudə vaxtlarının mənalı təşkili, mənəvi saflığın, sağlam həyat tərzinin, zərərli vərdişlərdən uzaqlaşdırılmasının təmin olunması, habelə onların arasında hüquq pozuntuları və cinayətkarlıq, sərxoşluq və siqaretçəkmə hallarını doğuran səbəblərin müəyyənləşdirilib aradan qaldırılması, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının vaxtında alınması məqsədilə maarifləndirici  tədbir keçirildi.

Tədbirdə Nəsimi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Firdovsi Əsədli və Bakı Şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Yaşar Bədəlli iştirak etdilər.

Şagirdlərə maarifləndirici məlumatlar verildi, onların sualları cavablandırıldı.

               Sonda videoçarx nümayiş etdirildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi