Həyat bilgisi fənnindən keçirilən açıq dərs

151 nömrəli tam orta məktəbin 4b sinfində Həyat bilgisi fənnindən “Onurğa sütunu” mövzusunda açıq dərs keçirildi. Sinif müəllimi Məlahət Abdullayeva müasir təlim metodlarından istifadə edərək onurğa sütununun sağlam inkişafına necə nail olmağın yollarını dərsdə şagirdlərə öyrətdi. Zərərli vərdişlərin (düzgün olmayan fiziki hərəkətlər) insan fizionomiyasına və sağlamlığına mənfi təsirlərini nümunələr göstərməklə onların nəzərinə çatdırdı. Açıq dərsdə məktəbin direktoru, direktor müavinləri, müəllimlər və valideynlərlə yanaşı 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin müdir müavini Fəridə Süleymanova, dərnək rəhbəri Ziyafət Musayeva iştirak etdilər. Keçirilən dərs həm şagirdlər, həm də dinləyənlər üçün çox maraqlı oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi