"Bilik günü" qeyd edildi

15 Sentyabr 2025-ci il tarixdə 151 nömrəli tam orta məktəbdə “Bilik günü”nə həsr edilmiş geniş tədbir keçirildi.
Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Zahid Xəlilov, I müavini Gülarə Verdiyeva, müavin Ramiz Quliyev, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən məktəbin direktoru əvəzi Salehə Məmmədova yeni tədris ilində qarşıya qoyulan hədəflərdən söz açdı. O, məktəbin uğurları haqqında qısa məlumat verərək sözü elm və təhsil nazirinin müavini Həsən Həsənliyə verdi. Həsən müəllim çıxışında Azərbaycan təhsilində yeniliklərdən, keyfiyyət göstəricilərindən, müəllimlərin situmullaşdırma proqramlarından və s. haqqında geniş məlumat verərək Bilik Günü münasibəti ilə məktəb icmasını təbrik etdi. Daha sonra məktəblilərin ifasında milli rəqslər, musiqilər və şeirlər səsləndirildi.
Sonda elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər qonaqların iştirakı ilə 2025-2026-cı tədris ilində əsaslı tikinti-təmirdən sonra istifadəyə veriliən binanın açılışı oldu. Qonaqlar yenilənmiş sinif otaqları, müasir laboratoriyalar və tədris şəraiti ilə yaxından tanış oldular