Məktəbdə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20 fevral 2015-ci il tarixli 87 nömrəli Əmrini və həmin Əmrlə təsdiq edilmiş Tədbirlər Planını rəhbər tutaraq 151 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş Tədbirlər Planı hazırlanmış və silsilə tədbirlər həyata keçirilmişdir.20-26 fevral tarixlərində Xocalı soyqırımına həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgi keçirilmiş, divar qəzetləri nümayiş olunmuşdur.24-25 fevral tarixlərində dəyirmi masalar təşkil olunmuş və açıq dərslər keçirilmişdir. 26 fevral tarixində məktəbin pedaqoji və şagird kollektivi "Ana harayı" abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər. Həmin gün məktəbdə "Xocalı harayı" adlı tədbir keçirilmişdir. Tədbirdə faciəni əks etdirən hadisələr məktəblilər tərəfindən səhnələşdirilmiş, soyqırıma aid şeirlər söylənilmiş, hadisələri əks etdirən videoçarx nümayiş olunmuşdur.