Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 №-li məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə Azərbaycan Respublikasının təhsil nazirinin 19 oktyabr 2015-ci il tarixli 1010 nömrəli əmrinin icrasından irəli gələn məsələlərin həlli ilə bağlı BŞTİ-də 29 oktyabr 2015-ci ildə imzalanmış daxili əmrinə əsasən məktəbin 9-cu siniflərində ana dili və riyaziyyat fənləri üzrə monitorinq keçirilmişdir. Monitorinqdə məktəbin azərbaycan və rus bölmələri üzrə cəmi 46 nəfər şagird iştirak etmişdir.