Fransanın təhsil sistemi ilə tanışlıq
151 nömrəli tam orta məktəbin direktoru Kifayət Tanrıverdiyeva Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu Təhsil Texnologiyaları Mərkəzinin Fransa Təhsil Akademiyası və Təhsil Assosiyasiyası "CİLAROM" ilə birgə 15-20 noyabr 2015-ci il tarixlərində Fransanın təhsil ilə tanışlıq məqsədi ilə keçirilmiş "Öyrən və öyrənməyə kömək et!" layihəsində iştirak etmişdir. 19 nəfərdən ibarət nümayəndə heyəti Paris şəhərində yerləşən xüsusi istedada malik uşaqların təhsil aldığı məktəbdə, bir sıra orta təhsil məktəblərində və peşə liseylərində olmuş, 12-illik təhsil sistemi və inkluziv təhsil sistemi ilə bağlı ətraflı məlumatlar əldə etmişlər.