Şagirdlərin asudə vaxtlarının səmərəli keçirməsi
Azərbaycan xalqının elə milli, mədəni abidələri vardır ki, onları sözlə deyil gözlə görmək lazımdır. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbləri şagirdlərinin “İçərişəhər Dövlət tarix-memarlıq Qoruğu”na ekskursiyaları təşkil olunur. Bu ekskursiyalar şagirdlərin dünyagörüşünü formalaşdırır, onlarda öz tariximizə maraq oyadır. Bu ekskursiyaların birində bizim məktəbimiz də iştirak etdi. V, IV, X siniflər üçün təşkil olunan bu ekskursiya şagirdlərdə böyük maraq oyatdı. Şagirdlər səyahət zamanı şəhərimizin gəzməli-görməli yerləri ilə tanış oldular. Ekskursiya zamanı təşkilatçılar şagirdlərə Qız Qalası haqqında ümumi məlumat verdilər. Şərq memarlığının nümunələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi də məktəblilərin xüsusi marağına səbəb oldu.