Uşaq hüquqları aylığı
“Uşaq Hüquqları haqqında” Konvensiya 1959-cu ildə BMT tərəfindən qəbul edilmiş, 1948-ci ildə əsası qoyulmuş BMT İnsan Hüquqları Universal Bəyannamənin tərkib hissəsi olaraq hər bir cəmiyyətdə 18 yaşına qədər olan uşaqların hüquqlarının qorunması və onların cəmiyyətin inkişafında malik olduqları rolunu özündə ehtifa edən bir sənət toplusudur. Respublikamız da bu Konvensiyaya qoşulmuş və 19 may 1998-ci ildə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məktəbimizdə yaradılan “Uşaq hüquqlarının müdafiəsi” güşəsində bu istiqamətdə apardığımız işlərin əyani nümayişlərini görmək mümkündür. Məktəbdə bu istiqamətdə müxtəlif tədbirlər, o cümlədən, dəyirmi masaların təşkili, rolik və video çarxların görüntüsü, şagirdlərin rəsm işlərindən ibarət sərgi, şagirdlərin əl işlərindən ibarət müsabiqə, inşa yazı müsabiqələri, esselər və referatlar, narkomaniya və alkoqı6olizmlə mübarizə və insan alveri mövzularında seminarlar təşkil olunur.