Veteranlarla görüş

30 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyata keçirdiyi "Gənclər arasında milli ideologiyanın təbliği" layihəsi çərçivəsində 151 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi veteranlarla görüşdə iştirak etmişdir. Görüşdə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə rəisi Adil Haqverdiyev ,Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov ,Humanitor Təşkilatınb sədri Nəbi Hacıyev ,Sosial şöbə üzrə baş mütəxəssis İradə İbrahimova və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hüquq şöbəsinin sədri Vüsalə Cəfərova geniş nitqlə cıxış etmişlər .Layihənin mahiyyəti milli-mənəvi dəyərlərimizin, ümumilli lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının cəmiyyətdə, xüsusilə də gənclər arasında təbliğ olunmasıdır. Bütövlükdə layihə mənəvi, mədəni dəyərlərimizin, dövlətçilik ənənələrimizin, ideologiyamızın təbliğinə dəstək verməyə yönəlib. Görüşdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi cəmiyyətin inkişafında mühüm yer tutduğu vurğulandı. Qeyd olundu ki, bu gün Azərbaycan cəmiyyətinin qarşısında duran başlıca vəzifələrdən biri gəncliyin Azərbaycanın dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət, ehtiram ruhunda tərbiyə edilməsi yolu ilə vətəndaş cəmiyyətinin formalaşmasına, Azərbaycanın müstəqilliyini əbədi edəcək vətənpərvər gəncliyimizin yetişdirilməsinə nail olmaqdan ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi