"Sülh naminə birləşək!"

Məlumat üçün bildirik ki, 21 sentyabr dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1981-ci ildə təsis edilib.Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlarda qeyri-zorakılıq, sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək olmaq məqsədilə 151 nömrəli tam orta məktəbdə "Sülh naminə birləşək!" mövzusunda bir sıra tədbirlər keçirildi.Belə ki, 21 sentyabr 2015-ci il tarixdə məktəbdə Beynəlxalq Sülh Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təşkil olundu. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, Azərbaycan xalqının sülh şəraitində, xoş və firavan yaşaması uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükütla yad edildi, onlara həsr olunan şeirlər səsləndi, sülh və vətənpərvərlik mövzularında mahnılar ifa olundu. Bundan başqa, şagirdlərin əl işləridən ibarət rəsm əsərlərinin müsabiqəsi keçirildi və sərgi təşkil olundu. Sərgidə özlərində sülh, əmin-amanlıq, vətənpərvərlik, vətənə sevgi və hörmət hissini əks etdirən rəsm əsərləri nümayiş olundu.Həmçinin, ibtidai siniflərdə dərslərdə Beynəlxalq Sülh Günü mövzusundan bəhs olundu.Qeyd etmək lazımdır ki, dünyanın bütün insanları üçün çox vacib hesab edilən bu günün əsas mahiyyəti hər il bu ad altında yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, hər kəsi sülhə çağırmaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi