Şagirdlərə məktəbli formaları təqdim edildi
Cari ilin 11 sentyabr tarixində Nəsimi Rayonu İcra Hakimiyyəti tərəfindən rayonun bütün ümumtəhsil məktəbləri üzrə, o cümlədən 151 nömrəli orta məktəbin aztəminatlı ailələrdən olan 10 şagirdinə yeni məktəbli formaları hədiyyə olundu. Hədiyyələr şagirdlərin və valideynlərin böyük sevincinə səbəb oldu. Valideynlər, öz növbəsində, bu gözəl təşəbbüslə çıxış edən tədbir təşkilatçılarına minnətdarlıq hislərini çatdırdılar.