Hərəkətin təhlükəsizliyi aylığı seminarında iştirak
Məlumat üçün bildiririk ki, Daxili İşlər Nazirliyinin 03 sentyabr 2015-ci il tarixli müvafiq əmrinə əsasən respublika ərazisində yeni tədris ilinin başlanması ilə əlaqədar 10 sentyabr - 10 oktyabr 2015-ci il tarixlərində "Diqqət, uşaqlar!" devizi altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.Bununla bağlı, 151 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Mahirə Qafarova və Uşaq Birliyi Təşkilatının rəhbəri Məmdudə Məmmədova 10 sentyabr 2015-ci il tarixdə Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində hərəkətin təhlükəsizliyi aylığı ilə əlaqədar dayaq məktəbləri üçün keçirilmiş təlimati seminarda iştirak etmişdir.Qeyd etmək lazımdır ki, tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.