Məktəb müəllimlərinə sertifikatlar təqdim edilmişdir
20 may 2015-cil tarixdə İnnovativ Texnologiyalar Təşkilatı tərəfindən İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimləri və inzibati heyətin mükafatlandırılma mərasimi keçirildi. İnnovativ Texnologiyalar Təşkilatı və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən İnnovativ Texnologiyalar Təşkilatı tərəfindən Bakı şəhəri üzrə ibtidai sinif müəllimləri və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən inzibati heyət üçün 3 ay ərzində müvafiq olaraq “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlər həyata keçirilmişdir. 3320 müəllim və inzibati heyət arasında keçirilən diaqnostik qiymətləndirmədə 519 nəfər müvəffəqiyyət qazanıb. Digərləri isə İKT savadlılığının artırılması üzrə yuxarıda qeyd olunan təlimlərə cəlb olunub. Təlimlərin sonunda 742 nəfər müəllim və inzibati heyət yekun qiymətləndirmədə iştirak edib. Onlardan 584 nəfəri yekun imtahanlardan müvəffəqiyyətlə keçərək sertifikat, kompüter və "Prometan" lövhələrlə mükafatlandırılıb. Ümumiyyətlə, diaqnostik qiymətləndirmədən müvəffəqiyyətlə keçmiş, həm də təlimlərdə iştirak edərək yekun qiymətləndirmədən yüksək bal toplayan 1103 müəllim və inzibati heyət sertifikata və müxtəlif hədiyyələrə layiq görülüb. sevindirici haldır ki, bu tədbirdə 151 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Qafarova Mahirə və ibtidai sinif müəllimi Alıyeva Şəhla sertifikatlar almışlar.