Şagirdlərin asudə vaxtının səmərəli təşkili
Cari ilin may ayında şagirdlərin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə 151 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim kolletivinin dəstəyi ilə doğma Azərbaycanın səfalı rayonlarına və Bakı şəhərinin müxtəlif guşələrinə ekskursiyalar təşkil olunmuşdur. Ekskursiyaların əsas məqsədi şagirdləri Azərbaycanın dilbər guşələri ilə tanış etmək, zəngin tarixi və maddi-mənəvi sərvətlər, mədəniyyət abidələri haqqında onlara geniş məlumat vermək olmuşdur. Ay ərzində Quba, Şamaxı və İsmayıllı rayonlarına, Şamaxı Astrofizika Rəsədxanası, Qobustan dövlət tarixi-bədii qoruğu, Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu, Botanika bağı, Bayraq meydanı və Bakı şəhərinin bir çox görməli yerlərinə təşkil edilən bu ekskursiyalar onların ümumi dünyagörüşünün inkişaf etdirilməsi, onlarda Vətənə sevgi hissinin aşılanması istiqamətində böyük rol oynamışdır.