Tariximizin daş yaddaşı
Tariximizin daş yaddaşıdır Qobustan.Bizi tanıdan ən qədim kitabədir Qobustan.Hər daşı canlı tarix olan bu müqəddəs yerin hər qarışında millətimizin keçmişi əks olunmuşdur.
Məktəbin VIII "B" sinif şagirdləri Qobustan Milli Tarix Bədii Qoruğuna ekskursiya etmişlər. Onlar öz müasirliyi ilə fərqlənən muzeylə tanış olmuş və maraqlı məlumatlar əldə etmişlər.
Bu qədim məkan hazırda Azərbaycana üz tutan əcnəbilərdə böyük maraq doğurur. Odur ki,xalqımızın qədim tarixini özündə əks etdirən Qobustanı qorumaq,təbliğ etmək və öyrənmək hər birimizin borcudur.