İngilis dilini məktəbimizdə necə öyrənirik (How we learn English at our school)

Ötən həftə 151 nömrəli tam orta məktəbdə ingilis dili həftəsi çərçivəsində məktəbin ingilis dili müəllimi Mehriban Tağıyeva dərs dediyi rus bölməsinin V, VI, VII və VIII siniflərində “İngilis dilini məktəbimizdə necə öyrənirik” (How we learn English at our school) mövzusunda tədbir keçirmişdir. Tədbirdə məktəb rəhbərliyi, valideynlər, müxtəlif fənn müəllimləri və digər siniflərin şagirdləri iştirak etmişdir.Tədbirdə şagirdlər “Ünsiyyət” (Communication), "İngilis dilini öyrənmək faydalıdır” (Learning English is important), "Musiqinin həyatımızdakı rolu" (Music in our life), "Mənim idman fəaliyyətim” (My sport activity), “Kino tarixi” (The history of cinema), “Müxtəlif ölkələrin adət-ənənələri” (Customs and traditions of different countries) ”Mən rəqs etməyi sevirəm” (I love dancing), "Britaniya Muzeyi” (British Museum), “Nəqliyyat vasitələri” (Transport), “Xüsusi istedadlar” (Special Talents), "Azərbaycanda çay" (Tea in Azerbaijan), ”Hava haqqında məlumat” (Weather Forecast), ”Mənim hobbim” (My Hobby), ”Mənim kitab dostum” (My book friend), “Mənim ailəm” (My family), “Heyvanlar”(Animals), ”Gül bayramı” (The Holiday of Flowers), ”Vilyam Şekspir” (William Shakespeare), ”Mənim İngiltərədəki dostum” (My friend in England), ”Flashmob” (Flashmob) və s. bu kimi rəngarəng mövzularda öz fikirlərini ingilis dilində ifadə etmişdir. Mövzular şəkilli görüntülərlə nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi