Tarix Muzeyinə ekskursiya

Muzeyə daxil olarkən şagirdləri bələdçilər qrupu qarşıladı. Onlar şagirdlərə məlumat verdilər ki, 2005-ci ildən Azərbaycan Tarixi Muzeyində əsaslı bərpa və yenidənqurma işləri aparılıb, sarayın bənzərsiz xarici və daxili görünüşü özünə qaytarılıb. Muzeyin ekspozisiyası Azərbaycan tarixinin nə qədər qədim və zəngin olduğunu göstərir. Muzeyin ekspozisiyası 2 mərtəbədə yerləşir. Birinci mərtəbədə ibtidai icma cəmiyyətinin yaranması, daş dövrünə, tunc və erkən dəmir dövrlərinə, Qədim və orta əsr dövlətlərinə, Azərbaycanın XII-XV əsrlərinə, elm və mədəniyyətə, Azərbaycanın XVI-XVIII əsrlərdə kənd təsərrüfatına aid ekspozisiyası yerləşir. Muzeyin ikinci mərtəbəsində isə Azərbaycan xanlıqlarını, xalq sənətkarlığına, xalçaçılığa və ipəkçiliyə, ticarətə, iqtisadiyyat, neft və digər sənaye sahələrinin inkişafına, təhsil, elm və mədəni həyata, Azərbaycan muğamına aid ekspozisiyasına rast gəlmək olar. Muzeydə qorunub saxlanılan milli geyim nümunələri öz gözəllik və zərifliyinə görə təkrarsızdır. Muzeyin 10 otağında Azərbaycan xalqının görkəmli oğlu Hacı Zeynalabdin Tağıyevin ev muzeyi təşkil olunub. Beləliklə bir daha şagirdlərə aşılandı ki, milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mədəniyyət abidələrinin toplanması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi-tədqiqat və mədəni-maarif nümunəsidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi