"İnsan Alverinə Qarşı Mübarizə"

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin davamı olaraq 151 nömrəli tam orta məktəbdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə "İnsan alverinə qarşı mübarizə" mövzusunda seminar keçirildi. Seminarda şagirdlərə insan alveri probleminin mahiyyəti, onun qarşısının alınması, insan alverinin qurbanı olan uşaqların təhsillərini davam etdirmək imkanlarının təmin edilməsi, uşaqların internet və mobil telefon vasitələrindən təhlükəsiz istifadəsinin təmin edilməsi, insan alveri cinayəti ilə mübarizə yolları haqqında ətraflı məlumat verildi. Şagirdlərin sualları seminar təşkilatçıları tərəfindən cavablandırıldı. Mövzu ilə əlaqədar foto-stend nümayiş olundu və şagirdlərə maarifləndirici kitabçalar paylandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi