Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili
Məktəb şagirdlərinin ümumi dünyagörüşünün artırılması, tarixi abidələrə, milli dəyərlərə və dövlət rəmzlərinə sevginin aşılanması, həmçinin şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə Dövlət Bayrağı muzeyinə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyalar təşkil edilmişdir. Ekskursiyalar zamanı şagirdlərə bir daha dövlət bayrağı, onun yaranması haqqında, İçərişəhərdə yerləşən tarixi abidələr barədə məlumat verilmiş, Qız Qalası tarixi abidəsi ziyarət edilmişdir.