Şagirdlərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlər keçirilir
151 nömrəli tam orta məktəbdə şagirdlərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədi ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq M.F.Axundovun "Molla İbrahim Xəlil kimyagər", "Müsyo Jordan və dərviş Məstəli şah" və "Hacıqara" əsərlərindən ibarət "Komediyalar aləminə səyahət" adlı tədbir keçirilmişdir.