Milli Musiqi günü

18 Sentyabr - Milli Musiqi günü

Bu gün milli musiqimizin inkişafında misilsiz xidmətləri olmuş Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gündür. Ulu Öndər Heydər Əliyevin 1995-ci il tarixli fərmanı ilə dahi bəstəkarımızın doğum günü Milli Musiqi Günü kimi qeyd olunur.

Faiq Rzayev adına 150 №-li tam orta məktəbin şagirdləri Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində keçirilən Musiqi Gününə həsr olunuş “Klassik musiqi konserti”ndə iştirak etdilər. Şagirdlərə Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi.

Tədbirdə Üzeyir Hacıbəyliyə həsr olunuş qısametrajlı film izləndi, daha sonra isə milli musiqilər ifa edildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi