“Bilik günü” tədbiri

16 sentyabr 2024-cü il tarixində Faiq Rzayev adına 150 №-li tam orta məktəbdə "Bilik Günü” münasibətilə tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, məktəbin adını daşıdığı şəhid Faiq Rzayevin anası Ruxsarə xanım, müəllim, şagird heyəti, valideynlər iştirak etmişdirlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən məktəb direktoru Pərvanə Səfərova ilk növbədə “Bilik Günü” münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.

            “Bilik günü” tədbiri ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində təşkil olundu. Tədbirin təhlükəsiz şəraitdə keçirilməsinin təmin olunması məqsədilə əvvəlcədən müəyyən edilmiş polis əməkdaşları tədbirə cəlb olundu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi